1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İnsan Hüquqları Komitəsinin üzvü, serbiyalı professor Tijana Şurlan Fransanı insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqid edib.
"Report"un məlumatına görə, İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində çıxış edən professor Fransa nümayəndələrinə 2024-cü ilin mayında Yeni Kaledoniyada başlayan iğtişaşlar zamanı etirazçılara həddindən artıq güc tətbiqi nəticəsində alınan xəsarətlərlə bağlı sual edib:
"İntizam və cinayət işləri üzrə yekunlaşdırılmış prosedurlar, məhkəmə qərarları, ittihamlar və səlahiyyətlərindən sui-istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq olunan cəzalar barədə vaxtında və dəqiq məlumat vermək sistemə inamı bərpa etmək üçün vacib olardı".
O qeyd edib ki, yeni apellyasiya hüququnun tam şəkildə tətbiqinə maneələr mövcuddur və bu da onun müsbət nəticələr verməsinə əngəl törədir:
"Cəzaçəkmə müəssisələrinin həm Fransada, həm də dənizaşırı ərazilərdə həddindən artıq dolu olması və qeyri-insani saxlanma şəraiti ilə bağlı narahatlıqlar hələ də var. 2021-ci ildə saxlanma şəraitinin qeyri-insani olduğu vurğulanmışdı. Buna görə də dövlətin məhbuslarla bağlı məlumatları necə çatdırdığını öyrənmək istərdik".