AZ

25 manatlıq şokoladı evdə hazırlayın - Dubay Şokoladının resepti

2024-cü ilin ən məşhur yemək trendlərinə daxil olan Dubay şokoladı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir butik şokolad mağazasına məxsusdur.

News24.az məşhur şokoladın hazırlanma reseptini təqdim edir:

  • 1 xörək qaşığı kərə yağı 
  • 5 xörək qaşığı kadayıf
  • 2 xörək qaşığı küncüt yağı (tahin)
  • 2 xörək qaşığı fıstıq yağı
  • 3 xörək qaşığı fıstıq ləpəsi 
  • 250 qram südlü şokolad 

Kərə yağını əridib kadayıfı vam odda qovuraq. Ocaqdan bir qab götürüb fıstıq yağı, tahini və fıstıq əlavə edib qarışdıraq. Digər tərəfdən ben-marie üsulu ilə əritdiyimiz şokoladın yarısını istifadə edəcəyimiz qəlibə töküb donduraq. Şokolad donduqdan sonra püstə kremini əlavə edib qaşıqla hamarlayın. Qalan ərinmiş şokoladı əlavə edin və yenidən dondurun. Şokolad donduqdan sonra süfrəyə verək.

Qeyd: Silikon qəlibiniz yoxdursa, istifadə edəcəyiniz qabı mum kağızı ilə örtün, şokoladı tökün və dondurun.

Günel Məlikzadə

Seçilən
96
news24.az

1Mənbələr