Livanın “Hizbullah” hərəkatının yeni Baş katibi Naim Qasım tərəfdarlarına İsrail üzərində qələbə vəd edib.
Azpost.info xəbər verir ki, o bunu seçildikdən sonra “Al Mayadeen” telekanalı tərəfindən yayımlanan ilk çıxışında bildirib.
“Qarşıda çoxlu fədakarlıqlar var, lakin biz əminik ki, qələbə bizim müttəfiqimiz olacaq”, – Qasım deyib.
Yeni Baş katib həmçinin təşkilatın mərhum lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyinə söz verib: “Biz Qəzza zolağında Fələstin müqavimətini dəstəkləməyi dayandırmayacağıq və əvvəlcədən hazırlanmış plana uyğun olaraq İsraillə hərbi qarşıdurmanı davam etdirəcəyik”.
Azpost.info