AZ

ABŞ Rusiyaya sanksiyaları sərtləşdirdi: Siyahıda kimlər var?

ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.

Sanksiya siyahısına aşağıdakı şəxs və qurumlar əlavə edilib:

- Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremikin;

- Dövlət katibi - müdafiə nazirinin müavini, Vətən Müdafiəçiləri Fondunun sədri Anna Tsivileva;

- Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəis müavini Aleksandr Fomin;

- Rusiya müdafiə nazirinin müavini Andrey Buliqa;

- Rusiya Federasiyası Müdafiə nazirinin müavini Pavel Fradkov;

- Transmaşholdinqin baş direktoru Kirill Lipa;

- Moskva Aviasiya İnstitutu;

- Şin istehsalçısı "Cordiant" şirkəti;

- "Chip and Dip Company" şirkəti;

- "Zvezda" AES;

- Rosatomun strukturuna daxil olan iki şirkət;

- "Ulyanovsk Avtodom" MMC.

Ümumilikdə 20 Rusiya vətəndaşı ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə məruz qalıb. Bundan əlavə, iki Çin vətəndaşı, dörd Türkiyə vətəndaşı, iki Hindistan vətəndaşı, iki İsveçrə vətəndaşı, bir Yunanıstan vətəndaşı və bir Çili vətəndaşı ABŞ sanksiyalarına məruz qalıb.

Seçilən
70
34
axar.az

10Mənbələr