Almaniyada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri 2024-cü ilin oktyabrında illik müqayisədə 2,4 faiz artıb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Federal Statistika İdarəsi(Destatis) yayıb. Göstərici sentyabrda 1,8 faiz artmışdı.
Sentyabrda aylıq ifadədə 0,1 faiz azalma olmuşdu.
Analitiklər orta hesabla illik 2,1 faiz, aylıq isə 0,2 faiz artım proqnozlaşdırırdılar.
Alman standartlarına görə hesablanan istehlak qiymətləri isə oktyabr ayında illik ifadədə 2 faiz artıb. Sentyabr ayı ilə müqayisədə qiymətlər 0,4 faiz bahalaşıb.
Ekspertlər illik ifadədə 1,8 faiz, aylıq ifadədə isə 0,2 faiz artım gözləyirdilər.
Musavat.com