AZ

Samir Vəliyev Mario Martinslə görüşdü - Fotolar

Millət vəkili, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyevlə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario  Martins arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün Milli Məclisdə baş tutan görüşdə, Azərbaycan ilə Portuqaliya arasında qurulan diplomatik, iqtisadi və digər münasibətlər barəsində geniş müzakirələr aparılıb.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan bəhs edən Millət vəkili Samir Vəliyev, 2020-ci ildə müzəffər ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfərdən və 2023-cü ildə antiterror əməliyyatı zamanı ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycana qarşı başlayan təhdidlərdən geniş şəkildə məlumat verib.

Müzakirələr zamanı, Parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, eyni zamanda, yeni formalaşmış Portuqaliya Respublikasının Parlamentində də Portuqaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılması təklif olunub.
Görüşün sonunda, Azərbaycan və Portuqaliya Parlament üzvlərinin qarşılıqlı şəkildə səfəri məsələsi müzakirə olunub.

Seçilən
96
2
qafqazinfo.az

3Mənbələr