AZ

ABŞ bu ölkələrdən olan şəxslərə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək onlarla fiziki və hüquqi şəxsi əlavə edib.

İqtisadiyyat.az xəbər verir ki, sanksiya siyahısına Türkiyə, İsveçrə, Rusiya, Çili, Hindistan, Çin və Belarusdan olan 32 fiziki şəxs və 360-dan çox hüquqi şəxs daxil edilib.

Bu sanksiyalar çərçivəsində, Rusiya Müdafiə Nazirliyinin müavinləri Pavel Fradkov, Andrey Bulyqa, Viktor Qoremıkin, Aleksandr Fomin və Anna Çivilova kimi yüksək rütbəli şəxslər də məhdudiyyətlərə məruz qalıb.

Bundan əlavə, ABŞ Ticarət Nazirliyi də Rusiya və Belarus üçün ixrac nəzarətini sərtləşdirərək, iğtişaşların yatırılması və kimyəvi silah istehsalında istifadə edilən doqquz əsas kimyəvi komponenti sanksiya siyahısına daxil edib.

Oktyabrın sonunda Rusiya prezidenti Vladimir Putin ölkədə iqtisadiyyatın bir sıra çətinliklər və disbalanslarla üzləşdiyini vurğulayıb və bu problemlərin bir səbəbinin sanksiya təzyiqləri, digər səbəbin isə kadr çatışmazlığı olduğunu qeyd edib.

Seçilən
64
8
iqtisadiyyat.az

4Mənbələr