Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“İki sahil” xəbər verir ki, Səfikürd kəndində 2 avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü M.Məmmədova və oğlu, 2001-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.