Gürcüstan prezidenti Salome Zurabişvili mümkün seçki saxtakarlığı ilə bağlı Baş Prokurorluğa dindirilməyə getməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zurabişvili brifinq zamanı bildirib.
O, həmçinin brifinqdə “seçki pozuntularının görüntülərini” də nümayiş etdirib. Bundan əlavə, siyasətçi qeyri-hökumət təşkilatları tərəfindən dələduzluq faktlarının olduğunu bildirib.
“Mən prokurorluğa məsləhət görərdim ki, öz işlərini görməyə başlasınlar və problemin siyasi həllindən yayınsınlar”, - Zurabişvili deyib. O əlavə edib ki, prezident kimi səlahiyyətlərini icra etməyə davam edəcək və prokurorluğa getməyəcək.
Müəllif: Arzu