Azərbaycanın veteran cüdoçuları noyabrın 4-dən 7-dək ABŞ-nin Las-Veqas şəhərində dünya çempionatında iştirak edəcəklər.
"Unikal" xəbər verir ki, mundialda 68 ölkədən 1500-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda kişilər arasında 8 yaş kateqoriyası üzrə 9 idmançı ilə, qadınlar arasında isə F5 yaş kateqoriyası üzrə Zülfiyyə Hüseynova (70 kq) ilə təmsil olunacaq.
Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.