"Bayern" ulduz futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Münxen təmsilçisi Camal Musialanı "əldən buraxmaq" istəmir. 21 yaşlı oyunçuya rekord məbləğdə maaş irəli sürüləcək. Bu barədə "Sky Almaniya" məlumat yayıb.
Futbolçuya illik 25 milyon avro ödənilməsi nəzərdə tutulub. Musiala təklifi qəbul edəcəyi təqdirdə "Bayern"nin tarixində ən yüksək əməkhaqqı alan oyunçu olacaq.
Qeyd edək ki, gənc istedadın hazırda klubu ilə 2026-cı ilin iyununa qədər kontraktı var.