“Həqiqətən çox çətin keçdi. Yarış qabağı xəstələnməyim ümidimi itirmişdi. Şükür ki, bu gün burada dünya çempionu kimi durmuşam”.
Bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə APA-ya açıqlamasında deyib.
“Məşqçilərimin, federasiya rəhbərliyinin mənə ola inamını itirmədim. Gələcək yarışlarda da bu nəticəni təkrarlayacam. Hazırda avropa və dünya çempionuyam. Bundan sonra digər çempionluqların üzərində çalışacam”.