Massaçusetsdən olan 12 yaşlı uşaq, həyati əhəmiyyət kəsb edən qida maddələrindən məhrum olan sırf zərərli qidalardan ibarət pəhrizinə görə görmə qabiliyyətini itirib.
News24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Uşağın valideynləri bildiriblər ki, uşağın autizmi var və müəyyən qida teksturalarından qorxur, ona görə də o, ancaq burger, kartof qızartması, dönər yeyə və şirə içə bilər.
Onun görmə problemləri ilin əvvəlində başlayıb və zaman keçdikcə daha da pisləşib. Gecə yuxudan oyanıb görmədiyini dedikdən sonra xəstəxanaya aparılıb.
Həkimlər onun orqanizmində A, C və D vitaminlərinin, həmçinin mis və sinkin ciddi çatışmazlığını aşkar ediblər.
Məryəm İlhamqızı