AZ

Güləşçilərimizlə fəxr edirəm - Millinin baş məşqçisi

"İlk olaraq Azərbaycan Güləş Federasiyanın prezidenti Mikayıl Cabbarova təşəkkürümü bildirirəm. O, hər zaman bizə dəstək olur".

“İki sahil” xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov jurnalistlərə açıqlamasında deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Üç qızıl medal və bir beşinci yer. Əla göstəricidir. Hazırlıqlar yüksək plan üzrə gedirdi. Birgə iş sayəsində bunu bacardıq. Güləşçilərimizlə fəxr edirəm".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub. Millinin üç üzvü - Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) turnirdə qızıl medal qazanıb.

Seçilən
40
ikisahil.az

1Mənbələr