Seymə seçkilərdə qalib gələn Litva Sosial Demokrat Partiyasının sədri Viliya Blinkeviçiute Baş nazir postundan imtina edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə partiyanın rəyasət heyətinin iclasından sonra jurnalistlərə bildirib.
“Yaşımı (65 yaşım - red.) və səhhətimin vəziyyətini qiymətləndirərək qərar vermişəm. Bu vəzifəni Gintautas Palukasa təklif edirəm”, - o deyib.
Qeyd edək ki, 2017-2021-ci illərdə Palukas Sosial Demokrat Partiyasına rəhbərlik edib.
Hökumətə hazırda İnqrida Simonyte rəhbərlik edir.