“British Airways”ə məxsus təyyarədə sərnişinlər ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək şüarı əks olunan papaq üstündə dava ediblər.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, davaya görə reys iki saat gecikib.
Hadisə şahidləri bildiriblər ki, qadınlardan biri həmyerlisinin papağını çıxarmağa cəhd edib, bundan sonra papaqlı qadın digərini yumruqla vurub. Polis əməkdaşları qadınları təyyarədən uzaqlaşdırıblar.
Müəllif: Arzu