AZ

​Meksika cəngəlliklərində Mayya şəhəri kəşf edildi

Meksikada cəngəlliklərində Mayya şəhəri olan Valeriana əsrlər sonra yenidən kəşf edilib. Metbuat.az xəbər verir ki, qədim şəhərin yoxa çıxmasından əsrlər sonra yenidən aşkar edilməsi arxeologiya aləmində maraqla qarşılanıb. Məlumata görə, Gizli Valeriana şəhəri adlanan məbəd arxeologiya fakültəsinin məzununun səyi nəticəsində kəşf edilib. O, internetdə bölgə ilə bağlı maraqlı faktlar üzə çıxarıb və buna əsasən Campeche əyalətində yerləşən qədim şəhər yenidən kəşf edilib.

Qədim şəhərin Latın Amerikasındakı ən böyük Mayya mərkəzi olduğu güman edilən Calakmuldan sonra ikinci ən sıx Mayya şəhəri olduğu təxmin edilir. Şəhərin əhalisi eramızın 750-850-ci illəri arasında ən yüksək həddə çatıb. Şəhərdə 30 - 50 min arası insanın yaşadığı hesab edilir. Bildirilir ki, bu rəqəm hazırda ərazidə yerləşən rayonda yaşayanların sayından çoxdur.

Seçilən
45
5
metbuat.az

4Mənbələr