Böyük Britaniya kralı III Çarlz Kraliça Kamillanın müşayiəti ilə Hindistanın Banqalor şəhərinə şəxsi səfər edib və burada üç gün alternativ tibb sağlamlıq mərkəzində qalıb.
Kral cütlüyünün üç günlük səfəri zamanı qaldığı sağlamlıq mərkəzi yoqa seansları, meditasiya və müxtəlif müalicələr təklif edir.
Bildirilir ki, Kral və Kraliça ayurveda və naturopatiya da daxil olmaqla, müxtəlif sağlamlıq müalicələrindən keçiblər.
Müalicələrin bir hissəsini xüsusi pəhriz təşkil edib.
Xatırladaq ki, III Çarlz xərçəng xəstəsidir. Xəstəliyinə baxmayaraq, əlahəzrət son aylarda daha tez-tez ictimaiyyət qarşısına çıxır.//Oxu.Az