AZ

Türkiyədə çətənə yetişdirilməsində kvotalar müəyyən edilib

Dərman preparatlarının istehsalı üçün çətənə becərilməsi çərçivəsində Türkiyə daxilində 5 kvadrat kilometrlik əkin sahəsində illik 120 min kök bitkinin əkilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, çətənə əkimi üçün müəyyən olunan kvotanın paylanması səlahiyyəti Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə veriləcək.

Aktiv əczaçılıq inqrediyentlərinin istehsalı üçün çətənə yetişdirmək istəyən fiziki və hüquqi şəxslər oktyabrın 1-dən oktyabrın 31-dək nazirliyə müraciət etməlidirlər.

Narkotik xüsusiyyətlərinə görə 1990-cı illərdən bəri dünyada becərilməsi sahəsi azalan çətənə daha çox sənayedə istifadə olunmağa başlayıb.

Dünyada çətənə əkin sahələri 1990-cı ildəki 63 min hektardan 2017-ci ildə 26 min hektara qədər azalıb.

Seçilən
72
apa.az

1Mənbələr