AZ

Dünya çempionatı: sərbəst güləşçilər üçün 3 bürünc şansı

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünyaçempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün mundialdasərbəst güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində xalçaya çıxıblar.

Dünya çempionatı
Sərbəst güləş
61 kq

Nurəddin Novruzov 1/8 finalda Ahmet Dumanla (Türkiyə) üz-üzə gəlib.Görüş rəqibin 14:4 hesablı qələbəsi ilə başa çatıb. Duman finalayüksəldiyindən Novruzov təsəlliverici görüşə qatılacaq. Onun rəqibiPeter Hammer (Kosta-Rika) olacaq.

70 kq
Kənan Heybətov ilk mərhələdə Maniş Qoşvamiyə (Hindistan) tamüstünlüklə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O, bumərhələdə İnalbek Şeriyevə (AİN) uduzub - 2:13.

79 kq
Orxan Abasov startda ermənistanlı Arman Avaqyanla güləşib.Təmsilçimiz rəqibini xalçaya çıxmağa peşman edib və 4:0 hesabı iləqələbə qazanıb. Orxan 1/8 finalda Maqomed Maqomayevə (AİN) 1:7hesabı ilə məğlub olub. Rəqib finala vəsiqə qazandığından Abasovtəsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünüyoxlayacaq.

92 kq
Abubakr Abakarov ilk qarşılaşmasında Redjeb Haydari ilə (ŞimaliMakedoniya) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz tamüstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib. Abakarovnövbəti görüşündə Abdulraşid Sadullayevə (AİN) 1:3 hesabı iləuduzub. Rəqibi finala yüksəldiyindən Abubakr bürünc şansını davametdirəcək. O, təsəlliverici görüşdə Devid Teylorla (ABŞ)yarışacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən EldənizƏzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq)qızıl medal qazanıb.

Seçilən
72
2
az.trend.az

1Mənbələr