AZ

Boliviyada iki milyard avro dəyərində kokain yandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Boliviyanın paytaxtı La-Pazda xüsusi istintaq bölməsi rekord miqdarda - 21.6 ton kokain aşkar edib və yandırıb. Tapılan narkotiklərin qara bazardakı dəyəri 2 milyard avro təşkil edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bild" nəşri yazır.
Xüsusi qrup içərisində "un" olan kisələrlə yüklənmiş yük maşınını saxlayıb. Sürücünün əsəbi davranışı hüquq-mühafizə orqanlarının diqqətini çəkib və onlar tam yoxlama aparmağa qərar veriblər. Un kisələri heç kimi təəccübləndirməsə də, amonyak qoxusu verən kokain iyi, özü də bu miqdarda, asayiş keşikçilərinə tanış gəlib.
Nəticədə 43 yaşlı sürücü həbs edilib, daha sonra "un kisələrinin" daşınması ilə məşğul olan "Kalumagro SRL" şirkətinə basqın edilib. Yük maşınları, mobil telefonlar, işgüzar sənədlər müsadirə edilib və narkotiklərin daşınmasında şübhəli bilinən bir neçə əməkdaş saxlanılıb.
Ehtimal edilir ki, təxminən 22 ton kokain Avropaya göndərilmək üçün nəzərdə tutulub. Lakin bütün kisələr bu işin istintaqı ilə məşğul olan xüsusi təyinatlı bölmənin əməkdaşı tərəfindən gizli bir yerdə yandırılıb.
Seçilən
196
41
oxu.az

10Mənbələr