AZ

Ac qarına su içməyin faydaları

Su insan həyatında çox vacibdir. Su günün istənilən vaxtında içilməlidir. Bununla belə, acqarına istehlak edildikdə sağlamlıq üçün bir çox faydası var.

“Qafqazinfo” xəbər verir ki, səhər oyandıqdan sonra bir stəkan su içmək arıqlamağın ən yaxşı yoludur.

Belə ki, metabolizmin sürətini 24% artırır. Bundan əlavə, bədənin qida maddələrini mənimsəməsini asanlaşdırır. Səhər su içmək insanı təbii enerji ilə təmin edir.

Aç qarına su içmək böyrək daşının əmələ gəlməsinə səbəb olan turşuları aradan qaldırır. Su həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarının qarşısını alır.

Səhər su içdiyiniz zaman bütün toksinlər atılır və həzm sisteminiz yaxşılaşır. Bunun sayəsində daha az aclıq hiss edirsiniz. Həddindən artıq yemək istəyi azalır və arıqlamaq prosesi asanlaşır.

Səhərlər içilən su həyati orqanlarımızın su ehtiyacını ödəyir və onların sağlam şəkildə işləməsinə kömək edir.

Səhər yeməyindən əvvəl su içmək bağırsaq hərəkətlərimizi stimullaşdıraraq qəbizliyin qarşısını alır.

Su bədəndən toksinləri çıxarmaqla yanaşı, kalori və yağların yandırılmasına da kömək edir.  Su içmək immunitet sistemi üçün son dərəcə vacibdir. İmmunitet sisteminin güclü olması xəstəliklərdən qorunmaq deməkdir. 

Səhərlər su içmək infeksiyalardan qoruyur, beləcə bağırsaq traktının və limfa düyünlərinin sağlamlığını təmin edir və kortizol səviyyələrini idarə etməyə kömək etməklə sağlamlığa töhfə verir.

Su saç telinin çəkisinin təxminən dörddə birini təşkil edir. Bol su içmək saçları daxildən qidalandırır. Yetərsiz su qəbulu nazik və kövrək saç tellərinə səbəb ola bilər. Sağlam və parlaq saçlar üçün hər səhər acqarına və gün ərzində bol su içməlisiniz.

Araşdırmalar göstərir ki, acqarına su içmək qan axını artırır və dərini daha parlaq edir. Ac qarına və gün ərzində davamlı su içmək, bədənin toksinləri buraxması deməkdir ki, bu da dərinin parlaq görünməsinə kömək edir. Bundan əlavə, dərinin elastikliyini artırır və qırışların qarşısını alır.

Seçilən
89
8
qafqazinfo.az

9Mənbələr