Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya Kubokunda növbəti oyuna çıxıb.
"Operativ Media" xəbər verir ki, sözügedən komanda Bundesliqa təmsilçisi “Hoffenhaym”la qarşılaşıb. Matç “Nürnberq”in məğlubiyyəti ilə başa çatıb – 1:2.
Komandanın yeganı qolunu 47-ci dəqiqədə Mahir Emreli vurub.
“Hoffenhaym”a uduzan “Nürnberq” mübarizəni dayandırıb.