AZ

Microsoft-un gəliri proqnozları üstələyib

Maliyyə təqvimində sentyabrın 30-da başa çatan üç aylıq dövrü (iyul-sentyabr) 2025-ci maliyyə ilinin birinci rübü hesab edən Microsoft, balans hesabatını açıqlayıb.

MArja xəbər verir ki, şirkətin gəlirləri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 65,6 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə Microsoft 56,5 milyard dollar gəlir əldə etmişdi.

Bu müddət ərzində şirkətin gəliri bazar gözləntilərini üstələyib.

Eyni dövrdə Microsoft-un xalis mənfəəti 11 faiz artaraq 24,7 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 22,3 milyard dollar olmuşdu.

Şirkətin səhmbaşına qazancı bu müddət ərzində 2,99 dollardan 3,30 dollara yüksəlib.

Sözügedən dövrdə Microsoft-un mənfəəti də bazar gözləntilərini üstələyib.

Şirkətin “Smart Cloud” gəliri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 24,1 milyard dollara çatıb.

Bu müddət ərzində şirkətin Azure və digər bulud xidmətlərindən əldə etdiyi gəlir də 33 faiz artaraq gözləntiləri üstələyib.

Microsoft-un Baş İcraçı Direktoru (CEO) Satya Nadella şirkətin balans hesabatını qiymətləndirərkən, süni intellektə əsaslanan transformasiyanın iş proseslərini dəyişdiyini bildirib.

“Süni intellekt platformalarımızdan və alətlərimizdən istifadə edərək, müştərilərimizə yeni artım və əməliyyat dəstəyi yaratmaqda kömək edərkən, imkanlarımızı genişləndirir və yeni müştərilər qazanırıq”, - Nadella deyib. 

balans hesabatı microsoft gəlir mənfəət
Seçilən
58
1
marja.az

3Mənbələr