AZ

"Meta"nın gəliri və mənfəəti artıb

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə 19 faiz, xalis mənfəəti isə 35 faiz artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Meta" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

Şirkətin üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 19 artaraq 40,5 milyard dollara çatıb. "Meta" ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə edib.

Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub.

"Meta"nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 11,5 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhm üzrə gəliri bu ilin eyni dövründə 6,03 dollara yüksəlib.

Bu dövrdə Meta-nın mənfəəti də bazar gözləntilərini üstələyib.

Şirkət, ilin dördüncü rübündə 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirib.

Seçilən
42
4
iqtisadiyyat.az

5Mənbələr