AZ

Alimlər radiasiyanın zərərini azaltmağın üsulunu tapıblar

“Lıco B” zülalı (Likohalkon B) radiasiyanın sağlam toxumalara zərərini azalda bilər.

"Report" xəbər verir ki, bunu “Future Integrative Medicine (FIM) jurnalında dərc olunan siçanlar və hüceyrələr üzərində aparılan araşdırma göstərib.

Radiasiya terapiyası xərçəng xəstəliyi hüceyrələrini məhv etməkdə effektiv olsa da, radiasiyanın yan təsirləri sağlam toxumalara ziyan vurur və ölüm riskini artırır.

Yeni tədqiqatda alimlər “Lico B” zülalını hüceyrələri radiasiyadan qorumaq məqsədilə sınaqdan keçiriblər. Hüceyrələr rentgen şüası ilə şüalanmadan iki saat əvvəl “Lico B” ilə müalicə olunub. Həmçinin, rentgen və ya qamma şüaları ilə şüalanmadan bir gün əvvəl “Lico B” preparatı siçanlara verilib.

Hər iki eksperimentdə hüceyrələrdə və toxumalarda antioksidantların səviyyəsi əhəmiyyətli dərəcədə artıb, DNT zədələnməsi azalıb və iltihab yüngülləşib. Eyni zamanda, siçanların sağ qalma müddəti artıb.

Daha ətraflı tədqiqatlardan sonra “Lico B” nüvə fəlakətləri, radiasiya terapiyası və kosmik uçuşlar zamanı radiasiyadan qorunma vasitəsi ola bilər.

Seçilən
64
11
far.az

10Mənbələr