Rusiya diktatoru Vladimir Putin Ukraynadakı müharibədə hətta KXDR-dən olan əsgərlərin köməyi ilə də qalib gələ bilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
O bildirib ki, Birləşmiş Ştatlar və tərəfdaşları Rusiyanın Şimali Koreya hərbçilərini savaşa cəlb etməsinə qarşı cavab variantlarını müzakirə edirlər:
"Biz buna çox ciddi yanaşırıq. Kremli kursu dəyişməyə çağırırıq. Biz həm Avropa, həm də Hind-Sakit okean regionu üçün təhlükəsizlik nəticələrini tam başa düşürük. Putin Şimali Koreyanın böyük yardımı ilə də Ukraynada qalib gəlməyəcək".