Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, televiziya ulduzu növbəti dəfə Bakıdakı tıxaclardan şikayətlənib.
Sükan arxasında olan Vüsalə paytaxtın Azneft meydanı istiqamətində olan yolu çəkərək instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
“Maşından düşüb qışqırmaq istəyirəm. Heyif ki, münasib yer deyil”, - deyə V.Əlizadə vurğulayıb.