AZ

​​​​​​​Yaşayış binalarında yaşıl düşüncә ilə enerji sәmәrәliliyinin artırılması layihəsi

"Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliliyinin artırılması” layihəsini icra edərək yekunlaşdırıb.

QHT.az xəbər verir ki, Ekoleks ekoloji hüquq mərkәzinin direktoru Sevil İsayeva bu barədə məlumat verib. Onun sözlərinə görə, layihə, mövcud siyasət sənədlərinə və qanunvericiliyə əsasən, yaşayış binalarında enerji səmərəliliyinə nail olunması üzrə Azərbaycan hökuməti tərəfindən qərarların və tədbirlərin hazırlanmasında ictimai iştirakçılığı təmin etmək üçün uğurlu beynəlxalq təcrübəyə əsaslanan, milli siyasət, hüquq və ənənələr nəzərə alınmaqla tövsiyə edilən bilik və təcrübələr barədə ictimaiyyəti məlumatlandırmağı, ictimai müzakirələrin təşkilini və ictimai vəkilliyi nəzərdə tuturdu.

Layihənin icrası zamanı inkişaf etmiş Avropa, Asiya və postsovet ölkələrində enerji səmərəliliyinə nail olunması üzrə siyasət və qanunvericiliyin inkişaf təcrübəsi, yaşayış binalarında enerji effektivliyinin təmin edilməsi üzrə metodologiya və onun tətbiqi nəticəsində əldə edilən uğurlar araşdırılmış, Azərbaycan Respublikasının enerji səmərəliliyi üzrə siyasəti və qanunvericiliyi təhlil edilmiş, yaşayış binalarında enerji səmərəliliyinə nail olunmasının problemləri öyrənilmiş və müvafiq qiymətləndirmə hesabatları hazırlanmış, dövlət və bələdiyyə mütəxəssisləri, Mənzil İstismar Sahələrinin əməkdaşları, alimlər və vətəndaş cəmiyyəti fəalları arasında yaşayış binalarının enerji effektivliyi mövzusunda dialoq qurulmuş, mənzil mülkiyyətçilərinin binaların enerji effektivliyi üzrə məlumatlandırılması həyata keçirilmişdir.

Layihənin nəticəsində ictimaiyyət nümayəndələrinin, habelə mənzil mülkiyyətçilərinin enerji səmərəliliyinə nail olunması və enerji effektivliyinin tətbiqi üzrə ehtiyacları qiymətləndirilmiş, yaşayış binalarının enerji effektivliyinə keçidi üzrə konkret təşəbbüslər müzakirə olunmuşdur. 

Seçilən
81
2
qht.az

3Mənbələr