Meksikanın mərkəzində Tlaxcala ştatının San Kosme Xaloztoc qəsəbəsində fəaliyyət göstərən polad zavodunda partlayış baş verib.
“İki sahil” xəbər verir ki, baş verən partlayışda 12 nəfər həlak olub.
Yerli mətbuatın yazdığına görə, çoxu sayda yaralı var ki, onların bəzilərinin səhhəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbi araşdırılır
Məhərrəm Ağalaroğlu, “İki sahil”