Şimali Koreya lideri ballistik raketin buraxılışını düşmənlərə qarşı hərbi əməliyyat kimi dəyərləndirib...
Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışını regionda gərginliyin artması fonunda ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıq adlandırıb.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat yayıb.
Raketin buraxılmasında iştirak edən Kim Çen In deyib ki, bu sınaq ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıqdır.
“Bu sınaq son vaxtlar regionda vəziyyəti qəsdən gərginləşdirən və respublikamızın təhlükəsizliyinə təhdid yaradan düşmənlərə cavab vermək iradəmiz barədə məlumatlandırmaq məqsədinə tam ortaya qoyan məqsədyönlü hərbi əməliyyatdır”, deyə Şimali Koreya lideri bildirib.
Reuters xatırladır ki, “güc nümayişi” ABŞ və müttəfiqlərinin Rusiyada 11 000 Şimali Koreya hərbçisinin gətirilməsi, onlardan 3 000 hərbiçini Ukrayna ilə cəbhə xəttinin yaxınlığında yerləşməsi ilə bağlı gərgin beynəlxalq qınaq və artan həyəcan fonunda baş verir.
Oktyabrın 31-də bildirilib ki, Şimali Koreya silahlı qüvvələri tərəfindən bir gün əvvəl buraxılan ballistik raket bütün buraxılışlar arasında ən uzun mənzilli olub. Raketin uçuş müddəti 1 saat 26 dəqiqə çəkib. Raket Yapon dənizinə doğru atılıb və Hokkaydo adasının yaxınlığında suya düşüb.
Poliqon.info