AZ

ABŞ və Çin gizli şəkildə məhbus mübadiləsi aparıb

ABŞ və Çin keçən ay gizli şəkildə qeyri-dövlət məhbus mübadiləsi apardılar...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar 2006-cı ildən Çində ömürlük həbs cəzası çəkən amerikalı keşiş David Lini ABŞ-da həbsdə olan adı açıqlanmayan Çin vətəndaşı müqabilində geri qaytarıb.

Həmçinin xəbərdə qeyd edilir ki, ABŞ və Çin hərbi liderlər arasında təmasları bərpa etmək barədə razılığa gəliblər

Amerika mediası sentyabr ayında Linin sərbəst buraxılması barədə məlumat vermişdi, lakin mübadilə haqqında məlumat yayılmamışdı.

Poliqon.info

Seçilən
94
34
poliqon.info

10Mənbələr