Şimali Koreya ballistik raket buraxıb
Şimali Koreya ballistik raket buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, buraxılış Yapon dənizi istiqamətində həyata keçirilib.
“Kyodo” agentliyi xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi də KXDR tərəfindən ballistik raketin buraxılması barədə məlumat yayıb.
Daha sonra Yaponiya Nazirlər Kabineti raketin dənizə düşməsi və Yaponiyanın hava məkanı üçün təhlükə yaratmaması barədə məlumat verib.
Yaponiya hökuməti həmçinin təhlükəsizlik şurasının təcili iclasını təşkil edib və dənizdəki gəmilərin ekipajlarına raketin düşmə ehtimalı olan yerə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Şimali Koreya hökuməti də qitələrarası ballistik raketin buraxıldığını təsdiqləyib. Belə ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Şimali Koreya ölkə lideri Kim Çen Inın əmri ilə qitələrarası ballistik raketi (ICBM) buraxaraq, çox vacib sınaq həyata keçirib. Xalq Respublikası rəhbərinin sözlərinə görə, raket sınaqları strateji hücum qüvvələrinin gücləndirilməsi çərçivəsində baş tutub.