AZ

70 illik rekord qırıldı

"İnter"in hücumçusu Lautaro Martines İtaliya çempionatının 10-cu turunun "Empoli" ilə qarşılaşmasında (3:0) qol vurmaqla tarixi uğura imza atıb.

Publika.az xəbər verir ki, 27 yaşlı argentinalı 79-cu dəqiqədə fərqlənərək Milan klubundakı qollarının sayını 134-ə çatdırıb. Bununla da, 2018-ci ildən "İnter"də çıxış edən Lautaro əcnəbi futbolçular arasında klub tarixinin bombardiri olub.

Əvvəlki rekord 1948-1954-cü illərdə “neradzurri”nin heyətində 133 qol vuran macar İştvan Nyersə məxsus idi.

Seçilən
50
publika.az

1Mənbələr