2024-cü ilin yanvar-sentyabr aylarında Rusiyaya turist axını artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Dmitri Çernışenko məlumat verib.
Belə ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyaya turist axını 42% artaraq 3 milyonu keçib.
D.Çernışenko qeyd edib ki, İran və Çin vətəndaşları üçün vizasız səfərlər mövcuddur. Eyni zamanda 52 ölkənin vətəndaşı Rusiya üçün elektron viza ala bilər.