AZ

Bu simptomlar ürək çatışmazlığına İŞARƏ EDİR

Ürək xəstəliyi bəzən özünü tamamilə gözlənilmədən göstərir. Bununla belə, problemi əvvəlcədən müəyyənləşdirməyə və hücumun qarşısını almağa kömək edən bəzi simptomlar var.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu simptomlar barədə kardioloq Anna Biryukova danışıb.

O bildirib ki, ilk növbədə ürəyiniz daha az ritmik işləməyə başlayarsa, xüsusilə sinə içində sancılar olur, fiziki fəaliyyət olmadan ritmini sürətləndirir və ya yavaşlatırsa, kardioloqa müraciət etmək barədə düşünmək lazımdır.

Həkim bilsirib ki, gəzərkən və ya pilləkənlərə qalxarkən nəfəs darlığı hiss edirsizsə, kifayət qədər hava çatmırsa və  ya hər hansı fiziki səy göstərmək çətindirsə, diqqətli olmalısınız.

Kardioloq vurğulayıb ki, təcili olaraq həkimə müraciət etməyin başqa bir səbəbi, döş qəfəsində sıxılma, kəskin, sancılı ağrılar, qan təzyiqinin normadan yüksək olması, başgicəllənmə, huşunu itirmə və ayaqların şişməsidir.

Ağrı hücumu gözlənilmədən baş verərsə, daha pis bir nəticə verməmək üçün dərhal təcili yardım çağırmaq daha yaxşıdır.

Seçilən
50
medianews.az

1Mənbələr