AZ

BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR

Bank Olmayan Kredit Təşkilatları (BOKT) müxtəlif kredit məhsulları təklif edərək, daha geniş müştəri kütləsinə, o cümlədən kiçik bizneslərə və fərdi şəxslərə maliyyə xidmətləri göstərirlər.

BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR

FED.az sektorda fəaliyyəti ilə seçilən «Finoko BOKT» və «Para BOKT»un son illərdəki maliyyə göstəricilərini müqayisə edib. «Finoko BOKT» və «Para BOKT»ların maliyyə göstəricilərindəki fərqlər, hər iki qurumun gəlir əldəetmə qabiliyyətində ciddi fərqlərin olduğunu göstərir.

Finoko BOKT ardıcıl olaraq mənfəət əldə edərkən, Para BOKT hər il zərər açıqlamışdır.

«Finoko» BOKT 2023-cü ildə 33,4 milyon manat aktiv göstəricisi ilə «Para BOKT»-dan daha üstün olub. «Finoko BOKT»un aktivləri 2022-ci ilə nisbətən 7,5% (2,333 min manat) artdığı halda, Para BOKT-un aktivləri 14,3% (3,539 min manat) azalıb və 21,109 min manata düşüb.

Min manat

Göstəricilər

Min manat

 Finoko BOKT

BOKT-lar

Para BOKT

33 387

Aktivlər 2023

21 109

31 054

Aktivlər 2022

24 648

7,5% / 2 333

Aktivlərin dəyişməsi (%/manat)

-14,3% / -3 539

“Finoko BOKT” son 4il ərzində aktivlərini davamlı şəkildə artıra bilib, “Para BOKT”un aktilərinin dəyəri isə hər il əvvəlki illə müqayisədə azalıb. 2020 və 2021-ci illər üzrə Para BOKT-un aktivlərinin həcmi Finoko BOKT-un aktivlərinin həcmindən çox olub hətta 2020-ci ildə 2 dəfə üstələmişdi. Amma 2023-cü ildə artıq “Finoko BOKT” aktivlərinii həcminə görə rəqibini 1,5 dəfə üstələyib.

Aktivlər

Min AZN

2020

2021

2022

2023

Finoko BOKT

24 877

29 602

31 054

33 387

Para BOKT

45 185

33 156

24 648

21 109

 

Son 3 il ərzində aktivlərin artımı üzrə orta göstərici Finoko BOKT-un xeyrinədir. Rəqib BOKT isə artım yox, əksinə azalma ilə üzləşib.

Finoko BOKT

Aktivlər dinamika

Para BOKT

18,9%

2021

-26,6%

4,9%

2022

-25,6%

7,5%

2023

-14,3%

10,4%

2021-2023 (orta)

-22,1%

 

Öhdəliklərin həcminə görə Para BOKT öndədir

2023-cü ildə Finoko BOKT-un öhdəlikləri 20,656 min manatla sabitliyini qoruyaraq son üç ilin ən yüksək səviyyəsinə çatıb. Əksinə, Para BOKT-da öhdəliklər azalma trendindədir amma öhdəliklərin həcmləri son 4 il üzrə Finoko BOKT-un öhdəliklərinin təxminən iki qatıdır.

Öhdəliklər

Min AZN

2020

2021

2022

2023

Finoko BOKT

9 581

20 328

20 763

20 656

Para BOKT

54 840

48 225

41 541

39 044

 

Kapital göstəricisi

Finoko BOKT 2023-cü ildə 12,731 min manat kapital ilə güclü bir artım nümayiş etdirib, Para BOKT-da isə kapital göstəricisi mənfidir (-17,935 min manat).

Obyektivlik naminə qeyd etmək lazımdır ki, «Para BOKT»un öhdəliklərinin azalması, kapitalının mənfiyə düşməsi və ümumiyətlə digər göstəriciləri ilə bağlı problemlərin əksəriyyəti BOKT-un özünün yaranmasından əvvəl, «Para Bank»ın dövründən qalıb. BOKT-a çevriləndən sonra yeni qurum bank dövründən qalma problemlərin həlli ilə məşğuldur.

 

Kapital

Min AZN

2020

2021

2022

           2023

Finoko BOKT

15 295

9 273

10 291

12 731

Para BOKT

-9 655

-15 069

-16 893

-17 935

 

BOKT-ların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi

2023-cü ildə “Finoko BOKT”un kredit portfeli 23,516 min manat təşkil edib və son üç ildə sabit səviyyədə qalıb. “Para BOKT”un kredit portfeli isə, əksinə, kəskin azalma göstərərək 12,134 min manata enib. Başqa sözlə “Finoko BOKT”un kredit portfeli “Para BOKT”dan təxminən iki dəfə böyükdür.

2021-ci ildən 2023-cü ilə qədər olan dövrdə Para BOKT-un kredit portfeli 10,865 min manat (47%) azalıb, “Finoko BOKT”da isə bu göstərici demək olar ki, sabit qalıb.

Kredit portfeli

Min AZN

2021

2022

2023

Finoko BOKT

23 096

23 921

23 516

Para BOKT

22 999

14 787

12 134

 

Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?

“Finoko BOKT” son üç ildə ardıcıl olaraq xalis mənfəət əldə edib. 2021-ci ildə 1,142 min manat, 2022-ci ildə 1,403 min manat və 2023-cü ildə isə 230 min manat mənfəət göstərmişdir. Finoko BOKT-un xalis mənfəəti, 2023-cü ildə azalmasına baxmayaraq, ümumilikdə şirkətin gəlirli fəaliyyətini göstərir.

Rəqib “Para BOKT” isə hər üç ildə də ardıcıl olaraq zərər göstərmişdir.  Bu dövrdə “Para”nın zərərləri təqribən 8,3 milyon manata çatıb.

Xalis mənfəət

Min AZN

2021

2022

2023

Finoko BOKT

1 142

1 403

230

Para BOKT

-5 414

-1 825

  -1 042

 

Son dörd il ərzində Finoko BOKT hər il artan mənfəət səviyyəsi ilə ümumilikdə 5,261 min manat xalis mənfəət əldə edib. Əksinə, Para BOKT son dörd ildə ümumilikdə -19,999 min manat zərər ilə fəaliyyət göstərib.

 

 Xalis mənfəət

Min AZN

 2020

 2021

2022

2023

Finoko BOKT

2 486

1 142

1 403

230

Para BOKT

-11 718

-5 414

-1 825

  -1 042

 

Seçilən
35
1
fed.az

2Mənbələr