"Mançester Yunayted"in Erik Ten Haqın istefaya göndərildikdən sonra çıxdığı ilk matçı uğurlu olub.
QOL.az xəbər verir ki, komanda İngiltərə Liqa kubokunun 1/8 finalında "Lester"i qəbul edib və 5:2 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
"Qırmızı şeytanlar"ı bu oyuna komandanın keçmiş futbolçusu Rud Van Nistelroy çıxarıb. O, "Mançester Yunayted"ə müvəqqəti olaraq baş məşqçi təyin edilib.
"Mançester YUnayted" - "Lester" - 5:2
Qollar: Kazemiro, 15; 59. Qarnaço, 28. B.Fernandes, 36; 59 – El Xannuss, 33. Koadi, 45+4.