AZ

“Benfika” 3 qolla mərhələ adladı

style='margin-bottom:10px;'>

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya kubokunda 1/4 final oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda "Santa Klara" ilə qarşılaşıb. "Benfika" 3:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. 

İlk qolu 72-ci dəqiqədə Anhel di Mariya vurub. Pavlidiş isə 76 və 80-ci dəqiqələrdə fərqlənməklə dubl edib.

Kerem Aktürkoğlu bu oyunda start heyətdə meydana çıxıb. O, 78-ci dəqiqədə əvəzlənib. 

Orkun Kökçü isə 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb. 

Seçilən
50
1
teleqraf.com

2Mənbələr