Əfsanəvi aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvarsenegger Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
O, bu haqda “X” hesabında yazıb.
“Mən başa düşürəm ki, insanlar mənim fikrimi eşitmək istəyirlər. Çünki mən təkcə məşhur bir insan deyiləm, həm də keçmiş Respublikaçı qubernatoram. Biz irəli doğru getməliyik. Bir sır məsələlərdə mövqelərimiz üst-üstə düşməsə də Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Valsa səs verirəm”, – deyə o bildirib.
Şvarzeneggerin fikrincə, Tramp amerikalıların problemlərini həll etməyəcək.