Fransa çempionu PSJ-nin və Portuqaliya millisinin 24 yaşlı yarımmüdafiəçisi Vitinya əmindir ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının 39 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək.
"Operativ Media" bu haqda "Le10Sport"a istinadən xəbər verir.
“Ronaldonun 39 yaşı var, amma o, hələ də millinin əsas heyət oyunçusudur. Bu atletik uzunömürlülüyün heç bir izahı yoxdur.
Məncə, bu, hər şeydə peşəkarlığın nəticəsidir. Bunun nə qədər güc və fədakarlıq tələb etdiyini təsəvvür edə bilirəm.
Onunla oynamaq mənim üçün bir şərəfdir. Uşaq vaxtı onunla oynamaq arzusunda idik və bu, reallığa çevrildi. Təbii ki, Ronaldo mundialda iştirak edəcək”.
2026 dünya çempionatı ABŞ, Kanada və Meksika tərəfindən birgə keçiriləcək.