AZ

Avstraliya mərmi istehsalına başlayır: 14 milyard dollar xərclənəcək

Avstraliya hökuməti müxtəlif növ mərmilərin yerli istehsalını artırmaq üçün növbəti on il ərzində 21 milyard Avstraliya dolları (14 milyard ABŞ dolları) investisiya edəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb...

Avstraliyanın müdafiə sənayesi naziri Pat Konroy çərşənbə günü ölkədə mərmi istehsalı üçün yeni proqram elan edib. Xüsusilə, Amerikanın "Lockheed Martin" şirkəti ilə birgə Avstraliyada 155 mm-lik artilleriya mərmiləri və idarə olunan raketlərin (GMLRS) istehsalı üzrə yeni zavodun tikintisi planlaşdırılır.

Onilliyin sonuna qədər Avstraliya ildə 4000-ə qədər GMLRS, həmçinin 100.000-dək artilleriya mərmisi istehsal edə biləcək. Konroyun sözlərinə görə, Avstraliya hazırda Hind-Sakit okean regionunda yeni raket dövrünün astanasındadır.

"Tərəfdaşlarımızdan daha çox raket əldə etməklə yanaşı, biz Avstraliyanın yeni idarə olunan silah sənayesi qurmalıyıq", deyə nazir əlavə edib.

Bir həftə əvvəl ölkə 7 milyard Avstraliya dolları dəyərində ABŞ raketləri, o cümlədən "Standard Missile Block IIIC" və "Standard Missile-6" almaq niyyətində olduğunu açıqlayıb..

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr