İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri və iqtisadçı-ekspert Eyyub Kərimli, ölkədə nəğdsiz ödənişlərin dövriyyəsinin artmasının zəruriliyini vurğulayıb. O, bu tendensiyanın vergi yayınmalarının qarşısının alınması üçün vacib olduğunu qeyd edib.
QHT.az xəbər verir ki, QHT sədri lakin, sahibkarların nəğdsiz ödənişlər zamanı 3-4% faizə qədər vəsait itkisi ilə üzləşdiyini bildirib. Bu səbəbdən, mikro sahibkarlar üçün stimullaşdırıcı yanaşmalara ehtiyac olduğunu vurğulayıb. Sadələşmiş vergi ödəyiciləri 2-8% aralığında dövriyyədən vergi ödədikləri halda, bank və digər rüsumlarda 3-4% itki yaşadıqlarını bildirib. Ekspert, müəyyən həddə qədər nəğdsiz dövriyyələrə güzəştlərin tətbiq edilməsinin daha uyğun olacağını ifadə edib. O, rəqəmsal pulların dövriyyəsində ilkin dəyərin itirilməsinin də yeni bir mənfi xüsusiyyət olduğunu, kağız pulun əllərdə dövr etməsinə nisbətən bank üzərindən dövriyyədə faizlərin tutularaq azaldığını qeyd edib.
Eyyub Kərimlinin fikrincə, bu məsələlərin həlli üçün strateji yanaşmalara ehtiyac var ki, sahibkarlar və iqtisadiyyat daha dayanıqlı olsun.
Pərvanə Fərhadqızı