ABŞ və Cənubi Koreya hərbçiləri Şimali Koreyanın ballistik raket buraxılışına cavab olaraq təlimlər keçirəcək.
Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Manevrlər “ABŞ-ın strateji aktivlərinin iştirakı ilə” baş tutacaq. Şimali Koreya raketin qitələrarası olduğunu təsdiqləyib və buraxılışı Şimali Koreya lideri Kim Çen In də müşahidə edib.
“Koreya Respublikasının müdafiə nazirləri Kim Yonq Hyun və ABŞ-ın Lloyd Ostin müxtəlif tədbirlər, o cümlədən… Amerikanın strateji vasitələrinin iştirakı ilə birgə təlimlər keçirməklə alyansın qətiyyətini nümayiş etdirmək barədə razılığa gəliblər”, – məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Şimali Koreya yerli vaxtla saat 08:11-də ballistik raket buraxıb. Raket saat 08:37-də Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydoda Okuşiri adasının yaxınlığında düşüb. Buraxılış Cənubi Koreyanın hərbi kəşfiyyat agentliyinin Şimali Koreyanın ABŞ-a çata bilən uzunmənzilli qitələrarası ballistik raketin buraxılması üçün hazırlıqları tamamlaya biləcəyindən bir gün sonra baş verib.
//Samir Qurbanov, Editor.az