AZ

Məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər.
Görüşdə məktəbəqədər təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, uşaqların təhlükəsizliyi və təlim-tərbiyə prosesinin təşkili məsələlərindən bəhs olunub.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi barədə fikirlərini bildirib və müvafiq tövsiyələr verib.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, ictimaiyyətlə əlaqələr işinin müxtəlif istiqamətləri ilə bağlı danışıb.
Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tərbiyəçi-müəllimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyəti, məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlığın artırılması və digər vacib məsələlər müzakirə olunub.

Seçilən
59
1
veteninfo.az

2Mənbələr