AZ

Qazaxıstan Almaniyaya neft tədarükünü artırmağa hazırdır

Qazaxıstan höküməti “Drujba” kəməri vasitəsi ilə Almaniyaya neft tədarükünün həcmini artırmağa hazır olduğunu bəyan edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Energetika naziri Almasadam Satkaliyev bildirib.

Nazirin sözlərinə görə, bu, daha çox Almaniyanın Şvedt şəhərindəki neft emalı zavodunun müraciətlərindən və Qazaxıstanın Rusiya ərazisindən tranzitini nə dərəcədə təmin edə biləcəyindən asılı olacaq.

“Ümumiyyətlə, biz Qazaxıstan tərəfində bu həcmləri artırmağa hazırıq; bu istiqamətdə neft tədarükündə maraqlı olan tədarükçülər var”, deyən Satqəliyev məsələnin bütün iştirakçılarla birlikdə müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, sentyabrda Qazaxıstanın Energetika Nazirliyi Almaniyaya neft tədarükü ilə bağlı müqavilənin 2025-ci ilin sonuna qədər uzadıldığını açıqlayıb.

Poliqon.info

Seçilən
29
1
poliqon.info

2Mənbələr