AZ

Polşada 400 yaşlı "Vampir qadın"ın siması "canlandırılıb": başında qızıl və gümüş sapla toxunmuş ipək örtüklə... - FOTOLAR

İki il əvvəl Polşada aparılan arxeoloji qazıntılar zamanı boynuna oraq qoyulmuş və ayağına üçbucaqlı asma kilidlə basdırılmış qadının 400 illik qalıqları aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qədim inanclara görə, qadının boynuna dirənən iti oraq ölülərin dirilməsi və geri qayıtmasının qarşısını almaq üçün qoyulmuşdur.

Nikolaus Kopernik Universitetinin tədqiqat qrupu bu unikal kəşfi 2022-ci ilin avqustunda edib, lakin isveçli arxeoloq Oskar Nilssonun məsləhət və töhfələri ilə "Zosia" adlanan qadının üzü DNT, 3D və gildən istifadə edilərək "canlandırllıb"

Arxeoloq Nilsson bu barədə "Reuters"ə açıqlamasında gülərək deyib ki, 400 il əvvəl güman ki, kəndlilər "vampir qadını"nın diriltməməsi üçün hər şeyi ediblər: "İndisə biz onu texnologiyanın imkanlarından  yararalanaraq geri döndərməyə çalışırıq.  və biz də onu həyata qaytarmaq üçün əlimizdən gələni etdik. Biz bu qadının üzünü canlandırarkən onun yaşı, çəkisi və sümük quruluşu ilə bağlı təfərrüatları dəqiq incələdik. Ondan sonra əzələləri və üz cizgilərini formalaşdırdıq. Mən belə üzləri bərpa etməyə öyrəşmişəm. Amma bu dəfə ona bir az da insan ləyaqəti cizgisi verdim...".

Xəbərdə deyilir ki, vampir qadın 17-ci əsrdə Polşada baş verdiyi iddia olunan "vampir epidemiyası"na qarşı tez-tez istifadə edilən dəfn üsulu ilə basdırılıb.

Tədqiqat qrupunun rəhbəri, professor Dariuş Polinski bildirib ki, o vaxt vampirləri adətən yandırmaq, daşla əzmək və ya başlarını və ayaqlarını kəsmək kimi üsullardan da istifadə edilib: "Bununla belə, bu cür basdırılma halları da az deyil"

Məlumatda o da bildirilib ki, "Zosia"nın qəbrindən tapılan qızıl və ya gümüş sapla toxunmuş ipək baş geyimi onun həm də "yüksək sosial status"una dəlalət edir.

Firudin Səfərli

MİA.AZ

Seçilən
58
2
mia.az

6Mənbələr