AZ

Livanı 830 mindən çox insan tərk edib

Livanı

"Hizbullah" hərəkatı ilə İsrail arasında münaqişə və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən 830 mindən çox Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

"2023-cü il oktyabrın 8-dən indiyədək 834 746 nəfər məcburi köçkün olub ki, onların da 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edir”, - deyə hesabatda bildirilir.

Sənəddə o da qeyd olunur ki, məcburi köçkünlərdən 189 298 nəfəri müvəqqəti olaraq 1100 sığınacaqda yerləşdirilib, onlardan 935-i və ya 84%-i artıq tam məskunlaşıb.

Cavid

Seçilən
54
1
xalqcebhesi.az

2Mənbələr