AZ

300 nəfərin təshil aldığı lisey qəzalı vəziyyətdədir - Rəsmi AÇIQLAMA

Saatlı Peşə Liseyi illərdir qəzalı vəziyyətdədir. Təhsil müəssisəsi 53 il bundan əvvəl 9 saylı Saatlı orta texniki peşə məktəbi kimi fəaliyyətə başlayıb. 10 korpusdan ibarət olan və böyük ərazini əhatə edən peşə liseyinin hazırda yalnız 2 korpusu fəaliyyət göstərir.

 

Liseyin binalarından biri demək olar ki, ümumiyyətlə tədrisə yararsızdır. Həmin binanın yalnız 2 otağından istifadə etmək mümkündür. 

 

Modern.az xəbər verir ki, təxminən 300 nəfərin təhsil aldığı liseydə ara-sıra təmir işləri görülsə də, əsaslı bərpa işləri aparılmayıb.

 

Liseyin direktor müavini Sübhan Hacıbabazadə bildirib ki, liseyin vəziyyəti ilə bağlı tədbir görülməsi üçün dəfələrlə Peşə Təhsili Üzrə Dövlət Agentliyinin müvafiq strukturlarına müraciət edilib. “Peşə liseyinin təmirə uyöun olmadığı üçün yenidən qurulması nəzərdə tutulur", - o, İTV-yə deyib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən təhsil ocağının yenidənqurma işləri növbəti illərdə həyata keçiriləcək.

Seçilən
64
50
modern.az

10Mənbələr