AZ

"Azərbaycan tərəfi bu təkliflərimizi müsbət qarşıladı" - Mirzoyan

"Yaxın gələcəkdə sülh sazişinin həmin 1-2 bəndi (razılaşdırılmamış bəndlər - red.) üzrə razılığa gələ biləcəyik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

"Ehtiyatlı nikbinliyimi bildirməliyəm ki, yaxın gələcəkdə sülh sazişinin həmin 1-2 redaksiyası üzrə razılığa gələ biləcəyik, ondan sonra saziş imzalanmağa hazır olacaq", - Mirzoyan parlamentdə büdcə layihəsinin ilkin müzakirələri zamanı deyib. 

O, digər istiqamətin regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması olduğunu və bununla bağlı addımların atıldığını vurğulayıb: "Biz Azərbaycan tərəfinə təkliflər göndərdik və bu təkliflər yarı rəsmi səviyyədə müsbət qarşılandı. Burada da müəyyən müsbət ab-hava var. Bu baxımdan bizim prinsiplərimiz ondan ibarətdir ki, blokdan çıxarılacaq bütün infrastrukturlar ölkələrin suverenliyi altında qalmalı və keçdikləri ölkələrin qanunlarına uyğun fəaliyyət göstərməlidirlər.

Bu, hökumətimizin təqdim etdiyi sülh planında öz əksini tapıb. Bir çox ölkələr və beynəlxalq tərəfdaşlar sülhün kəsişməsini alqışladılar". 

Ağarza Elçinoğlu 

Seçilən
20
50
unikal.az

10Mənbələr